Kərəcdə rejimin məmurunun atəşi nəticəsində şəhid olan daha bir azərbaycanlının adı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının birbaşa açdığı atış nəticəsində şəhid olan daha bir azərbaycanlının adı məlum olub.

Məlumata görə, Kərəc sakini olan azərbaycanlı gənc Murtəza Sadiqi Nadir etirazların ikinci günündə döş qəfəsindən güllə ilə vurulduğu üçün dünyasını dəyişib.

Murtəza Kərəcdə xəstəxanadan evə qayıdarkən Əhəri bölgəsində rejimin məmurlarının birbaşa atəşinə tuş gəlib.

O əslən Güney Azərbaycanda Həmədan vilayətinin Rəzən rayonunun Payəndə kəndindəndir.

Azərbaycanlı şəhidin ailəsini rejim qorxudaraq övladlarını öldürmələri barədə məlumatı yaymamağı tapşırıb. Rejim onlara bildirib ki, sakit şəkildə dəfn mərasimi keçirilsin və məsələ ictimailəşdirilməsin.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın