Təbrizdə rejimin qüvvələri azərbaycanlı fəal Nasir Xülusini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri 2019-u il dekabrın 14-də azərbaycanlı milli-mədəni fəal Nasir Xülusini Təbrizdə yaxalayıb.

Əldə etdiyimiz məlumata görə, Nasir Xülusi Təbrizdə maşın sürdüyü zaman irqçi fars rejimin ETTELAAT qüvvələri tərəfindən saxlanılıb.

Təbriz sakini olan mühəndis Nasir Xülusinin hazırda rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsində saxlandığı bildirilir.

 Azərbaycanlı fəalın nədə ittiham edildiyi və nə səbəbə görə yaxalandığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, bundan öncə də azərbaycanlı fəal Nadir Xülusi rejimin məmurları tərəfindən həbs edilərək zindana salınmışdır.

Həmçinin yoxlayın

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ …

Human Rights Watch: “İran edam cəzalarından cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edir”

GADTB: Human Rights Watch BMT-yə üzv dövlətləri İranda artan edamların dayandırılması üçün rəsmi Tehrana qarşı …

Bir cavab yazın