Cümə axşamı , May 7 2026
azfa

Həbs müddəti bitən azərbaycanlı fəal Müctəba Pərvin azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin məhkum edildiyi 3 aylıq həbs müddəti başa çatdıqdan sonra dekabrın 15-də Ərdəbilin mərkəzi zindanından azadlığa buraxılıb.

Qeyd edək ki, Müctəba Pərvin rejimin Ərdəbildə yerləşən 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay həbsə məhkum edilib. Fəal əslində şərlənmişdi. Ona qarşı çıxarılan saxta hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.

Hökmdə həmçinin qeyd olunub ki, məhkəmə qərarı Polis İdarəsinin şikayəti əsasında və Ərdəbil Əyaləti Ettelaat İdarəsi və Polis İdarəsinin Təhlükəsizlik Bölümünün raportlarına istinadən çıxarılmışdı.

İyunun 16-da fəala məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsində isə onun “ictimai nizam-intizamı pozmaq və sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə qarşılaşdığı qeyd olunmuşdur.

Fəal oktyabrın 13-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq rejimin Ərdəbildə yerləşən zindanına salınmışdır.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …

Bir cavab yazın