Cümə axşamı , May 2 2024
azfa

Uyğur spiker müsəlmanları haylarına hay vermədiyi üçün tənqid edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstan Milli Məclisinin sədri Seyid Tümtürk müsəlmanları onların haylarına hay vermədiyi üçün tənqid edib.

 “Medianın senzurasından keçməyən siyasilərin susduğu dönəmdə cümə namazlarında xütbələrdə eşitmədiyimiz duaları “Arsenal”ın futbolçusu Məsud Özildən eşitdik. Özilin bu mesajı sükutu pozdu. Biz bu dəstəyi öz siyasi liderlərimizdən, vətəndaş cəmiyyəti təşkilatlarından, dini rəhbərindən gözlədiyimiz halda Məsud Özildən gördük. Onlar bir Məsud Özil qədər ola bilmədi. Bəs bir Pompeo da ola bilmədi? Bizi müdafiə etmək ABŞ Dövlət katibinə qalıb? Məsud Özilin açıqlamasına Pompeodan əvvəl dəstək verəcək bir müsəlman yoxdurmu? Ümmət haradadır?” – deyə məclis sədri bildirib.

Qeyd edək ki, M.Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkmişdi.

Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib. Bundan sonra Çin şəbəkələrində türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.

ABŞ Dövlət katibi Mayk Pompeo isə Tvitter səhifəsində M.Özilə dəstəyini ifadə edib.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …

Bir cavab yazın