Ərdəbilli uşaqlar Özbəkistanda rəsm yarışında 9 fəxri diplom qazandılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölgəsindən Ərdəbil Uşaqlar və Gənclər İncəsənət Mərkəzlərinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 7-ci Beynəlxalq Rəsm Yarışında  9 fəxri diplom qazanıblar.

Yarış «Uşaqlıq dünyası», «Ana vətən», «Yaşadığımız dünya» və «Mənim xəyalım» mövzularında keçirilib.

Ərdəbil Uşaq və Gənclərin İnkişaf Mərkəzinin rəisi Zəfər Əhədzadə mövzu ilə bağlı açıqlamasında deyib::

«9 yaşlı Yəsna Furutən, 10 yaşlı Fatimə Rəhimi, 7 yaşlı Əmir Əli Şəms, 10 yaşlı Hedyə Cəfərpur, 13 yaşlı Şəbnəm Şahamət, 13 yaşlı Kosər Yəzdanpərəst, 10 yaşlı Haniyə Dərivas, 10 yaşlı Mətanət Bəhluli və 8 yaşlı Parmis Abedi fəxri diplom qazandılar. Bundan əvvəl Ərdəbil Uşaq və Gənclərin İnkişaf Mərkəzinin üzvləri Nahid Cəddə, Leyla Nəzmi və Fatimə Mustafazadə ölkədə və beynəlxalq miqyasda əhəmiyyətli mükafatlar qazanıblar».

Qeyd edək ki, 7-ci Beynəlxalq Rəsm Yarışında iranlılar 3 mükafat və 47 fəxri diplom qazandılar. Bunlardan da 9-u Ərdəbil vilayətinin payına düşüb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın