Cümə , Sentyabr 25 2026
azfa

Ruzbeh və Yaşar Piri haqqında ittiham aktı çıxarılaraq dosye məhkəməyə göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim noyabr etirzları dövründə yaxaladığı Ruzbeh və Yaşar Piri qardaşları barəsində ittiham aktı çıxararaq, onların dosyesini Təbrizdə məhkəməyə göndərib.

İrqçi fars rejimin prokuroru Rza Əbhərinijad Piri qardaşlarına çıxarılan aktda onları şərləyərək onlara qarşı 5 ağır ittiham irəli sürüb:

1. Ölkənin daxili təhlükəsizliyini pozmaq üçün əlbir olmaq;

2. Ölkənin təhlkəsizliyini pozmaq istəyən qruplara üzv olmaq;

3. Rejimə müxalif qrupların xeyrin və İran əleyhinə təbliğat aparmaq;

4. Noyabr aksiyalarına qatılmaqla asayişi pozmaq;

5. Dövlət məmurunun əmirlərinə qarşı çıxmaq.

Qeyd edək ki, irqçi fars rejimin məhkəməsı azərbaycanlı fəalların mobil telefonlarının etiraz olan məntəqələrdə siqnal verməsinə əsaslanaraq bu ağır ittihamları irəli sürüb. Halbuki Təbrizin 40 metri məhəlləsi etirazların çox olduğu yerlərdən idi. Piri qardaşları da həmin ərazidə yaşadıqları üçün onların orada olması etirazlara qoşulmaq mənasına gəlmir.

Rejimin qüvvələri Ruzbeh Pirini atası evində, onun qardaşı Yaşar Pirini isə Təbrizin kitabxanasında yaxalayıb.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın