Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı öyrəncilər Şahin Bərzgər və Ruzbeh Piriyə azadlıq tələbi ilə imzatoplama kampaniyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı öyrənci rejimin həbs etdiyi azərbaycanlı öyənci fəallar Şahin Bərzgər və Ruzbeh Pirinin azadlığa buraxılması tələbi ilə imzatoplama kampaniyası keçirirlər.

Azərbaycanlı öyrəncilər kampaniya keçirməklə yanaşı irqçi fars rejimin Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub ünvanlayaraq adı çəkilən fəalların qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Məktubun bir hissəsində qeyd olunub ki, benzinin qiymətinin bahalaşmasından sonra keçirilən etirazlar zamanı azərbaycanlı öyrəncilər Şahin Bərzgər və Ruzbeh Piri Təbrizdə yaxalanıb:

“İttihamların yazılı şəkildə elan olunmaması, yaxalandıqdan bir aydan çox keçməsinə baxmayaraq Şahin Bərzgərdən heç bir xəbər yoxdur, təhlükəsizlik qüvvələrinin hər iki öyrənci ilə kobud davranır və ailələrinə təzyiq göstərir, vəkil tutma hüququndan məhrum ediliblər, saxlanma və dindirilmə prosesinin qeyri-şəffaflıq var. Bunlar isə fəallarla bağlı qanun pozuntusuna yol verildiyini göstərməkdədir”.

Azərbaycanlı öyrəncilər çoxsaylı imza toplamaqla rejimin Məhkəmə Sisteminin rəisindən Şahin Bərzgər və Ruzbeh Piri dosyesinə baxılması və onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın