Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı fəal Həkimə Əhmədi həbsxanada 4 gündür aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin görünməmiş zülmünəı məruz qalmış azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi rejimin Marağada yerləşən zindanında 4 gündür aclıq aksiyası keçirməkdədir.

Həkimə xanım Əhmədi rejimin Marağadakı zindanında 544 gün müvəqqəti saxlanma qərarı, eləcə də rejimin Ədliyyə İdarəsinin verdikləri vədlərin yerinə yetirilməməsinə etiraz olaraq aclığa başlayıb.

Rejim azərbaycanlı fəalı 15 aydır qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır. Rejim beləliklə Əhmədi ailəsinin ciddi problrm yaradıb. Fəalın həyat yoldaşını tutub və övladları başsız qalıb.

İrqçi fars rejim Həkimə Əhmədini şərləyərək 7 itiham üzrə həbs etmişdir. Lakin araşdırmalardan sonra irəli sürülən 5 ittihamla bağlı icraata xitam verilib.

O hazırda “Sistem əleyhinə təbliğat aparmaq və qrup yaratmaq”da ittiham olunubvə Şərqi Azərbaycanın Marağa şəhərində rejimin zindanında saxlanılır.

Rejim Həkimə Əhmədinin zaminə buraxılması üçün 500 milyon tümənlik vəsiqə təyin edib. Lakin fəalın ailəsi məbləği yüksək olduğu üçün vəsiqəni təmin etmək gücündə deyil.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın