Cümə axşamı , Sentyabr 24 2026
azfa

Azərbaycanlı fəal Kavə Darüşşəfa vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2020-ci il yanvar ayının 23-də Qəzvin sakini olan azərbaycanlı fəal Kavə Darülşəfa mülki vəsiqə qarşılığında rejimin Tehranında yerləşən Evin zindanından zaminə buraxılıb.

Azərbaycanlı fəal Kavə Darüşşəfa, qardaşı Yaşar yaxalanandan 5 gün sonra 2019-cu il noyabrın 25-də öz evində irqçi fars rejim tərəfindən ETTELAAT məmurları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu bölməsinə köçürülmüşdür.

Qeyd edək ki, rejimin həbs etdiyi azərbaycanlı fəal və öyrənci Yaşar Darülşəfa 2020-ci il yanvarın 1-də mülki vəsiqə qarşılığında Evin zindanından zaminə buraxılıb.

Kavə 2014-cü ildə qardaşı Yaşara qarşı rejimin kobud davranışı və Evin zindanının 350-ci bölməsində yaxalanan digər məhbuslara təzyiqlərə etiraz olaraq keçirilən etirazlarda yaxalanıb, Evin Zindanında 15 gün saxlandıqdan sonra sərbəst buraxılıb.

2019-cu ilin noyabr ayında keçirilən etirazlarda çox sayda azərbaycanlı fəal da yaxalanıb. Darülşəfa qardaşları da həmin günlərdə yaxalanmışdılar.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Bir cavab yazın