Çərşənbə , Noyabr 11 2026
azfa

47 il öncə türk baş konsulu qətlə yetirən erməni terrorçu barədə yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Məhməd Baydar və onun müavini Bahadur Dəmirin erməni terrorçu Qurgen Yanikiyan tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən 47 il ötür.

Bu qanlı hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında mərhum diplomatların xatirəsi yad edilib.

Qeyd edək ki, 1973-cü il yanvarın 27-də türkiyəli diplomatları güllələyən erməni terrorçu yerdə can verən diplomatların başına da atəş açıb. Törətdiyi cinayəti etiraf edən terrorçu Q.Yanikiyan məhkəmə salonunda bu addımı digər ermənilər üçün örnək olaraq atdığını bildirib. ABŞ məhkəməsi onu siyasi terrorçu kimi mühakimə edərək ömürlük həbs cəzası ilə azadlıqdan məhrum edib.

Cari ilin may ayında mərhum Bahadur Dəmirin həyat yoldaşı, təqaüddə olan səfir Sina Baydur media vasitəsilə təcavüzkar Ermənistanın prezidentinə açıq məktub göndərib. O, məktubda erməni terrorçu Q.Yanikiyanın nəşinin İrəvandakı hərbi məzarlıqda dəfn olunmasına etirazını bildirib.

Terrorçu Q.Yanikiyanın nəşinin İrəvanda dəfn olunması ilə bağlı qərar bir daha təsdiq edib ki, terrorçuları qəhrəmanlaşdırmaq təcavüzkar Ermənistanın dövlət siyasətidir.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …

Bir cavab yazın