Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Türkiyə terrorçu Sepahın Qumun karantın edilməsinə mane olduğu üçün İrana uçuşları dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, regionun bütün ölkələri, o cümlədən Türkiyə İranda koronavirusun ocağı olan Qum şəhərinin karantin edilməsinə terrorçu Sepahın mane olmasına görə bu ölkəyə uçuşları tamamilə dayandırıblar.

Türk Hava Yolları (THY) hələlik Çin reyslərinin fevralın 29-dək dayandırıldığını, Tehrandan başqa İrandakı bütün istiqamətlərə uçuşların martın 10-dək təxirə salındığını açıqladı.

Açıqlamaya görə, Çinə aviareyslər fevralın 29-dək təxirə salınıb. Tehran şəhəri istisna olmaqla, İrana nəzərdə tutulan aviareyslər isə martın 10-a kimi dayandırılıb.

Türkiyənin rəsmi qurumları tərəfindən alınan qərara əsasən, son 14 gündə Çinə və İranın Qum şəhərinə səyahət etmiş xarici vətəndaşların ölkəyə daxil olmasına da qadağa qoyulduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası və Türkiyə İranda koronavirusun 2-ci ocağı sayılan Tehrana uçuşları dayandırmayıb, lakin koronavirusun olmadığı Təbrizə uçuşları dayandırıblar.

Xıritədə koronavirusa yoluxanların olduğu vilayətlər göstərilir və göründüyü kimi Güney Azərbaycanda bu virus hələlik yayılmayıb.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın