Cümə axşamı , İyul 30 2026
azfa

Rejim azərbaycanlı öyrənci Melika Qaragözlünü həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehranda etirazlar zamanı yaxaladığı azərbaycanlı öyrənci fəal Melika Qaragözlünü (Dəniz) həbsə məhkum edib.

Rejim Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika üzrə təhsil alan həmin öyrəncin 6 ay həbsə məhkum edib.

Qeyd edək ki, azərbaycanlı öyrənci Melika Qaragözlü 2019-cu il dekabrın 1-də 600 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxılmışdı.

O 2019-cu il noyabrın 18-də Tehranda bahalığa qarşı keçirilən etirazlar zamanı Tehran Universitetinin qarşısında yaxalanmışdır. O sərbəst buraxılanadək Sepahın kəşfiyyatının Evin zindanındakı bölməsində saxlanılıb və hədələnib.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …

Bir cavab yazın