Şənbə , Sentyabr 26 2026
azfa

Rejim Saleh Molla Abbasi və Süleyman Kazimi Əhər zindanından məzuniyyətə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim korona virusu zindanlara yayandan sonra məhbuslardan bəzilərini, o cümlədən azərbaycanlı milli-mədəni fəallar Saleh Molla Abbasi və Süleyman Kazimini Əhər həbsxanasından məzuniyyətə buraxıb.

Buna səbəb Əhər zindanında məhbusların koronavirusa yoluxması olub. Hər iki azərbaycanlı fəal həmin zindanda koronavirus yayıldığı üçün etiraz olaraq aclıq aksiyasına başlamışdılar.

Fəallar rəsmilərdən tələb edirdilər ki, siyasi məhbusların saxlandığı bölmə ilə adi məhbusların bölməsini ayırsınlar. Lakin onlar bu tələblərinə görə ağır işgəncələrə məruz qalmışdır.

Artıq həbsxanada bir neçə məhbus koronavirusa yoluxduqdan sonra bəzi məhbuslar, o cümlədən Saleh Molla Abbasi və Süleyman Kazimi aprelin 4-dək evə buraxılıb.

Qeyd edək ki, Saleh Molla Abbasi və Süleyman Kazimi irqçi fars rejimin televiziyasında türklərə qarşı yayımlanan təhqiramiz “Fitilə” proqramına  etiraz etdiklərinə görə həbsə məhkum ediliblər.

 Məhkəmə Saleh Molla Abbasini 10 ay, Süleyman Kazimini isə 7 ay həbsə məhkum edib.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın