Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Qüds qanadının komandanı İdlibdə türk əsgərlərinin qətlində iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ tərəfindən öldürülən terrorçu Qasım Süleymaninin yerinə keçən terrorçu İsmayıl Qani də İdlib/Hələb xəttinə səfər edib. O, türk əsgərlərinə qarşı döyüşən “Hizbullah” və İran əsgərlərini ruhlandırıb, türk əsgərlərinin qətlində iştirak edib.

İranın əmrində olan qruplaşmalar da fəaliyyətlərinə fasiləsiz davam edib. 3 qruplaşma 4 bölgədəki ünsürlərindən Sərakibə əlavə əsgərlər yollayıb. Livan “Hizbullah”ı bölgədə mövqeyini gücləndirib. Milislərin TSQ müşahidə məntəqələri ətrafındakı təzyiqləri də davam edib. Əl Rıdvan qruplaşmasının üzvləri Sərakib qəsəbəsi yaxınlığındakı müşahidə məntəqəsinin yaxınlığında görüntülər çəkərək bölgənin onların mühasirəsində olduğunu iddia edib.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın