Cümə , Sentyabr 25 2026
azfa

Koronaya görə İran adlanan ölkədə keçiriləcək Asiya Gəncləri Handbol Çepionatı təxirə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Gəncləri Handbol Çepionatı üzrə İranın ev sahibliyi təxirə salınıb.

Asiya Handbol Konfederasionu öz İnstaqram səhifəsində bir xəbər yerləşdirərək, “Dünya 2021” çempionatı üzrə seçmə mərhələsi olan və İranda keçiriləcək Asiya Oğlan Gəncləri Handbol Çepionatı üzrə 17-ci yarışların təxirə salındığını bildirib.

Məlumata görə, çempionatın 17-ci yarışları yayın əvvələri Şiraz şəhərində keçirilməli idi. Asiya Handbol Konfederasiyası yaydığı xəbərində təxirə salınmış bu yarışların keçiriləcəyinin dəqiq tarixini bildirməyib.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın