Təbriz imam cüməsi İran adlanan ölkənin Süngün Mis Mədəni barədə müstəmləkə siyasətinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin Güney Azərbaycana qarşı qəyri-insani müsəmləkəçilik siyasəti o həddə çatıb ki, hətta rejimin öz yerli nümayəndələri də etiraf etməyə məcbur olurlar. Belə ki, Xamneyinin Təbrizdəki nümayəndəsi Təbriz imam cüməsi seyid Məhəmmədəli Al Haşim Süngünün Mis Mədəninin müstəmləkəçi üsulla istismarı barədə deyib: Süngün Mis Mədəni o zaman uğurlu olar ki, mədənin kənarında Misərtimə Zavodu da olsun. Mədənin xeyri yalnız İranın cənub şəhərlərinə nəsib olmamalıdır.

“Təbrize mən” saytının yaydığı məlumata görə, Al Haşim bu gün bazar ertəsi Vərziğanın Süngün Mis Mədəninin məsulları ilə görüşdə onlardan razılığını bildirərək deyib ki, Süngün Mis Mədəni o zaman uğurlu olacaq ki, mədənin kənarında Misərtimə Zavodu da olsun. Mədənin xeyri yalnız İranın cənub şəhərlərinə nəsib olmamalıdır.

Qeyd edək ki, İran adlanan ölkə müstəmləkəçi siyasətlə Güney Azərbaycanın mədənlərini talayıb, fars şəhərlərinə daşıyır. Beləliklə, Azərbaycan mədənlərinin xeyri yalnız farslara qalır. Azərbaycan türkləri isə rejimin qeyr-standart mədənçıxarma əməliyyatı nəticəsində ekoloji fəlakətlə qarşı-qarşıya qalır. Həm də Azərbaycanın mədənləri vəhşicəsinə talanır.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın