Bazar , Sentyabr 27 2026
azfa

Koronavirus təhlükəsinə görə rejimin nhəbs etdiyi Səccad Şəhiri zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koronavirus epidemiyası ilə əlaqədar rejimin h\bs etdiyi Səccad Şəhiri 500 milyon tümənlik mülki vəsiqə qarşılığında dünən zaminə buraxılıb.

Son günlərdə türk fəalların ailə üzvləri əzizlərini həbsxanalarda yayılmış koronavirusdan qorumaq üçün səlahiyyətli orqanlara müraciət ediblər. lakin onların bir çoxunun tələbi təmin olunmayıb.

Rejimin Məhkəmə Sistemi son günlərdə məhkumluq müddəti 5 ildən az olan məhbusların zaminə buraxılması ilə bağlı qərar qəbul edib. Lakin hələ də çox sayda azərbaycanlı siyasi zaminə buraxılmayıb.

Koronavirusun yayıldığı Evin zindanının 4-cü bölməsində azərbaycanlı fəallar Tövhid Əmir Əmini və Kazım Səfabəxş saxlanılır. Həmçinin tanınmış azərbaycanlı fəal Abbas Lisani və Yusif Kari isə Ərdəbil zindanının karantin bölməsində saxlanılır. Yusif Kari iki il həbsə məhkum olunsa da, o hələ də zaminə buraxılmayıb.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın