Çərşənbə , May 6 2026
azfa

Türkiyə koronavirusa görə 68 ölkəyə uçuşları dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə koronavirusa görə 68 ölkəyə uçuşları dayandırdı. Son qərara əsasən Türkiyənin uçuş yolunu bağladığı ölkələrin siyahısı açıqlanıb.

Türkiyədə yeni tip korona virusu (Covid-19) tədbirləri çərçivəsində əlavə 46 ölkəyə də uçuşlar dayandırıldı.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hava nəqliyyatı ilə bağlı yeni tədbirləri açıqladı. Belə ki, 21 mart tarixindən Türkiyə saatı ilə 17.00-dan əlavə 46 ölkəyə uçuşlar dayandırılır. Bununla Türkiyənin uçuşları dayandırdığı ölkə sayı 68 olur. Türkiyəyə uçuşları dayandırma qərarı verən Rusiya, Qətər və Liviya ilə birlikdə isə hava yolu kəsilən ölkə sayı 71-ə çıxır.

Son qərara əsasən, Türkiyənin uçuş yolunu bağladığı 68 ölkə bunlardır:

Almaniya,

Angola,

Avstriya,

Azərbaycan,

Banqladeş,

Belçika,

Birləşmiş Ərəb Əmirlikləri,

Birləşmiş Krallıq,

Əlcəzair,

Cibuti,

Çad,

Çexiya,

Çin,

Danimarka,

Dominikan,

Ekvador,

Ekvatorial Qvineya,

Mərakeş,

Fildişi Sahili,

Filippin,

Finlandiya,

Fransa,

Qvatemala,

Cənubi Koreya,

Gürcüstan,

Hindistan,

Hollandiya,

İraq,

İran,

İrlandiya,

İspaniya,

İsveç,

İsveçrə,

İtaliya,

Kamerun,

Kanada,

Monteneqro,

Qazaxıstan,

Keniya,

Şimali Kipr Türk Cümhuriyyəti (Qıbrız),

Kolumbiya,

Kosovo,

Küveyt,

Şimali Makedoniya,

Latviya,

Livan,

Macarıstan,

Misir,

Monqolustan,

Moldova,

Mavritaniya,

Nepal,

Niger,

Norveç,

Özbəkistan,

Panama,

Peru,

Polşa,

Portuqaliya,

Sloveniya,

Şri Lanka,

Sudan,

Səudiyyə Ərəbistanı,

Tayvan,

Tunis,

Ukrayna,

Oman və

İordaniya.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Bir cavab yazın