Şənbə , Sentyabr 26 2026
azfa

Türkiyə İngiltərəyə koronavirusla mübarizədə yardım üçün tibbi ləvazımat göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin İngiltərəyə yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı tibbi yardım daşıyan hərbi yük təyyarəsi Londona çatıb.

Türkiyə İngiltərəyə koronavirusla mübarizədə yardım üçün tibbi ləvazımat göndərdiTürkiyə İngiltərəyə koronavirusla mübarizədə yardım üçün tibbi ləvazımat göndərdi.

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən hazırlanan N95 növ maskalar və xüsusi tibbi geyimdən ibarət yardım materialı Ankarada yerləşən Etimesgut Hərbi Hava limanından “A400M” tipli yük təyyarəsinə yerləşdirilərək yola düşüb və Londana çatıb.

Göndərilən bağlamaların üzərində türkcə  və ingiliscə  Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.

İngiltərəyə sabah da tibbi yardım göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyə daha əvvəl İtaliya, İspaniya, Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Bosniya və Herseqovina və Kosovaya, İrana və başqa ölkələrə də tibbi yardım göndərmişdi.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın