Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Misir Türkiyəyə qarşı Liviya istiqamətində hücuma keçmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Misirdə çevrilişlə hakimiyyətə gəlmiş Əbdülfəttah əs-Sisi orduya ölkə daxilində və xaricində əməliyyatlara hazır olmaq çağırışı edib.

Ölkənin qərbindəki hərbi hava qüvvələrinin bölüklərini ziyarət edən Sisi “Burada, sərhədlərimizin içində və ya lazım olarsa, sərhədlərimizin xaricində istənilən əməliyyata hazır olun” deyə bildirib.

Rusiya ilə birləşib Liviyanı Suriya gününə salmaq istəyən Sisi deyib: “Liviyaya müdaxilə etmək məsələsində həmişə tərəddüd edirdik, amma indi vəziyyət fərqlidir. Misir dövləti tərəfindən birbaşa müdaxilə artıq beynəlxalq hüquqa uyğundur”.

Qeyd edək ki, Misirin qərbdə Liviya ilə 1200 kilometr uzunluğunda sərhədi var. Liviyada Türkiyə Milli Razılıq Hökumətini dəstəkləyir. BMT tərəfindən qəbul edilməyən üsyançı Xəlifə Haftarın Liviya Milli Ordusu adlandırılan qüvvələri isə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir tərəfindən dəstəklənir.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın