İran rejiminin bölgəni qarışdırmaq üçün husilərə göndərdiyi silahlar ələ keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın bölgəni qarışdırmaq üçün husilərə göndərdiyi silahlar ələ keçib.

Yəmən Xarici İşlər Nazirliyi Tvitter hesabında bununla bağlı yazıb ki, koalisiya qüvvələri İrandan Husi qruplaşmasına göndərilən silahları ələ keçirib.

“Əməliyyatlar zamanı raketlər, gecəgörmə cihazları, PUA-lara aid idarəetmə vasitələri və uzaqdan idarə olunan partlayıcı mexanizmlər kimi müxtəlif silah növləri müsadirə edilib. İran Yəməndəki husilərə qaçaqmalçılıq yolu ilə silah göndərməkdə davam edir. Beynəlxalq təşkilatlar bu vəziyyətə son qoymalıdır”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın