Cümə axşamı , May 14 2026
azfa

Rusiyanın Tatarıstana təzyiqləri Tatarıstan liderini üsyana qaldırdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Mərkəzi hökumətlə regional hökumətlərin arasında səlahiyyətlərin bölüşdürülməsində 5 il ərzində heç nəyi dəyişməmək lazımdır. Bunu Qaydar Forumunda çıxışı zamanı Tatarıstan lideri Rüstəm Minnixanov söyləyib.

Rüstəm Minnixanov deyib: “Hər kəs səlahiyyətlərin Moskvaya verilməsinə səs verib, mən isə əleyhinə olmuşam. Bizim şəraitimiz ayrıdır. Mənim xahişim budur: 5 il ərzində heç nəyə toxunmayın. 5 il ərzində biləcəm ki, biz nə qədər qazanc əldə edəcəyik. Siz daşınan və daşınmaz əmlakla bağlı qərar verirsiniz. Bu bizim gəlirlərdir və siz niyə bizdən xəbərsiz belə qərarlar verirsiniz? Niyə siz bizsiz hansısa güzəştləri qəbul edirsiniz? Hər bir subyekt öz səlahiyyətlərini icra etmək qabiliyyətindədir. Siz nədən qorxursunuz? Əgər subyektin rəhbəri qarşıya qoyulan vəzifələri icra edə bilmirsə, onu dəyişin. Moskvadan bu qədər böyük dövləti necə idarə etmək olar?”

Qeyd edək ki, son günlər Moskvanın Tatarıstana təzyiqləri artıb. Belə ki, Kreml Tatarıstanda tatar dilinin icbari tədrisini tam qadağan edib. Üstəlik, Tatarıstan rəhbərinin “prezident” adlandırılması dayandırılıb. Moskva Tatarıstanın büdcə idarəetməsi ilə bağlı bir sıra səlahiyyətlərini də əlindən alıb.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Bir cavab yazın