Çərşənbə axşamı , May 5 2026
azfa

İşğalçı Ermənistan Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ərazisində təşkil edilib və üstəlik 20 faiz əlavə azərbaycan ərazisini işğal edib və işğal altında saxlayan Ermənistan rəhbərliyi Azərbaycan qarşı yeni ərazi iddiası irəli sürüb.

Ermənistan KİV xəbərlərinə görə, rəsmi İrəvan ərazi iddialarını işğal altındakı torpaqlarda yaratdığı qondarma rejimin dili ilə səsləndirib.

Səslənən açıqlamada Azərbaycanın keçmiş Ağdərə rayonunun (indiki Tərtər rayonunu ərazisi) və Xocavənd rayonunun bir hissəsini, həmçinin, keçmiş Şaumyan rayonunun (indiki Goranboy rayonu) bütün ərazisini nəzarətdə saxladığı bildirilib. Ermənistan tərəfi həmin ərazilərin üumi sahəsinin min kvadrat kilometrdən çox olduğunu açıqlayıb.

Xatırladaq ki, rəsmi İrəvan qondarma Qarabağ rejimi vasitəsilə son aylarda Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başlayıb. Qondarma rejimin bəyanatı isə 1992-ci il iyulun 4-də Azərbaycan ordusunun keçmiş Ağdərə rayonunun mərkəzini işğalçılardan azad etməsi münasibətilə səslənib.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …

Bir cavab yazın