Çərşənbə axşamı , İyul 28 2026
azfa

İrqçi fars rejim Babək qalasına ordu yeritməklə qalaya yürüşə maneə törədib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Babək qalası yürüşlərinin ildönümü ərəfəsində Babək qalasında polis və ordunu yeritməklə qalaya fəalların yürüşünə mane olub.

Qeyd edək ki,hər il iyul ayında Azərbaycanın tarixi qəhrəmanı Babəkın doğum günü münasibətilə azərbaycanlılar Kəleybərdə yerləşən Babək qalasında toplaşaraq tədbir keçirirlər. Ancaq bu il rejim bölgəni hərbi paliqona çevirməklə mərasimə mane olub.

İrqçi fars rejim qalanın ən yüksək yerində təbiətlə bağlı foto sərgi təşkil edib. Bundan əlavə terrorçu sepah və bəsic qüvvələri, eləcə də polis qala və onun ətrafında düşərgə salıb və bölgtəni hərbi poliqona çevirib.

Şahidlərin verdiyi məlumata görə, rejimin məmurları qalanın zirvəsində video və şəkil çəkməyə icazə verməyib, şəkil çəkənləri ya saxlayıb ya da telefonlarını alaraq, fotoları silməyə məcbur ediblər.

Amnesty International 2018-ci ilində İran Azərbaycanında Babək Qalası yürüşləri zamanı baş verən kütləvi həbslərlə bağlı türk, fars və ingilis dillərində ətraflı hesabat yayıb.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın