Şənbə , Sentyabr 26 2026
azfa

İrqçiliyi tənqid etdiyi üçün terrorçu Sepah-ın yaxaladığı jurnalitə dəstək aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçiliyi tənqid etdiyi üçün irqçi fars rejimin terrorçu Sepah-ının həbs etdiyi azərbaycanlı jurnalist Yavər Sultaniyə dəstək məqsədilə ictimai şəbəkələrdə haştaq və posterlər paylaşılıb.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri paylaşdıqları postlarda “#Mən_bir_Yavər_Sultaniyəm” haştaqından istifadə ediblər.

Qeyd edək ki, Yavər Sultani Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan irqçilik simvolu olan fars şairi Əbülqasım Firdovsinin heykəlinin götürülməsi ilə bağlı yaydığı reportaja Firdovsinin şeirlərinin irqçiliyi təbliğ etdiyinə toxunduğuna görə iyulun 13-də terrorçu Sepah tərəfindən yaxalanmışdır.

Yavər Sultani irqçilıik simvolu olan Firdovsinin heykəlini götürülməsi və onun irqçiliyinə toxunduğuna görə rejim tərəfindən şərlənərək, “ictimai rəyi çaşdırmaq və nizam-intizamı pozmaq məqsədilə çağırış etmək”də ittiham edilib. İrqçi fars rejimin Makı şəhərindəki prokuroru həmçinin Sultaninin bir il müddətinə media fəaliyyətinin qadağan edilməsini istəyib.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın