Bazar ertəsi , Sentyabr 14 2026
azfa

Azərbaycanlı milli fəal Cəfər Rüstəmirad həbs müddətini çəkdikdən sonra azadlığa buraxıld

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli fəal Cəfər Rüstəmirad Tehranın Evin zindanından azadlığa buraxılıb.

Cəfər Rüstəmirad sentyabrın 14-də 20 günlük məzuniyyətdən qayıtdıqdan sonra bir həftə zindanda qalıb və 13 ay həbs cəzasının müddətinin bitməsinə 15 gün qaldığı üçün 15 günlük əlavə məzuniyyət verilməklə həbs müddəti bitib və azadlığa buraxılıb. Nəticədə azərbaycanlı fəal sentyabrın 20-də azadlığa buraxıblar.

Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu” üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılmışdı.

Fəal zindana müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın Traxtur və Birləşmiş Ərəb Əmirliklərinin Əlcəzirə komandalarının yarışı zamanı stadionda yaxalanmışdır. O həmin dosyeyə görə də 7 ay həbsə məhkum edilmişdi.

Həmçinin yoxlayın

Təbrizdə “Humay” moda və geyim müəssisəsinin fəaliyyəti dayandırılıb

GADTB: Təbrizdə moda və geyim tədbirlərinin keçirilməsi ilə bağlı yaranan qalmaqaldan sonra “Humay” Moda və …

Təbrizdə telekommunikasiya şirkətinin təqaüdçüləri əmək haqqı və tələblərinə etiraz ediblər – Video

GADTB: Təbrizdə sentyabrın 14-də, bazar ertəsi, Şərqi Azərbaycan Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsünün iştirakı ilə …

Bir cavab yazın