Kürd terrorçuların təxribat ehtimalı Türkiyə konsulluğu qarşısında nəzarəti gücləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqdan köçmuş kürdkərin Qərbi Azərbaycanda Türkiyəyə qarşı təxribat törətmə və aksiya keçirmələri ehtimalına görə bu gün yanvar ayının 25-də Urmiyada Türkiyə konsulluğu qarşısında nəzarət gücləndirilib.

Terrorçuların hər növ təxribatı və toplanmasının qarşısını almaq məqsədilə polis qüvvələri Urmiyada konsulluq ətrafını nəzarətə götürüb.

Bundan öncə isə Qərbi Azərbaycan vilayətinin valiliyindən bildirilmişdir ki, heç bir aksiyaya icazə verilməmişdir və hər növ etiraz qanunsuz hesab edilir.

Qeyd edək ki, irqçi fars rejiminin göstərişi ilə İran məclisində kürd deputatlar PKK və PYD terrorçularını dəstəkləmiş, Türkiyəyə qarşı BMT-nin baş katibinə müraciət ünvanlamışlar. Həmçinin terrorçu kürdlər Urmiyada Türkiyəyə qarşı etiraz aksiyası keçirməyə cəhd etmişdilər. Buna qarşı Güney Azərbaycanın milli-mədəni fəalları bəyanat yayaraq, kürd terrorçularına hər növ təxribatıları ilə bağlı xəbərdarlıq etmişlər.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın