Cümə axşamı , May 7 2026
azfa

Türkiyə bütün dünya üçün savaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov Anadolu agentliyinə müsahibəsində deyib ki, Avropa bunu başa düşmür ki, bu gün Türkiyə təkcə Türkiyə üçün deyil, Avropa üçün də savaşır. Türkiyə bütün dünya üçün savaşır.

AŞPA-dakı çıxışında Türkiyənin mövqeyini müdafiə etdiyinə görə Prezident Rəcəb Tayyib Ərdoğanın ona təşəkkür etməsindən şərəf duyduğunu bildirən S.Seyidov vurğulayıb: “Türkiyə bizim canımız, döyünən ürəyimizdir. Azərbaycan və Türkiyə münasibətləri bu gün bütün ölkələr üçün örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mehriban qardaşlıq münasibətləri var. Türkiyənin problemi Azərbaycanın problemi, sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”.

Azərbaycanlı deputat qeyd edib ki, “Zeytun budağı” İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatdır. Bu, nə işğal, nə də hücumdur. Bu, terrora qarşı aparılan və bölgənin terrorçulardan təmizlənməsinə yönəlmiş əməliyyatdır.

Prezident Ərdoğanın minnətdarlığı ilə bağlı fikrini bildirən S.Seyidov deyib: “O qiymət mənə deyil, Azərbaycan-Türkiyə münasibətlərinə verilib. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti burada da duyulmaqdadır və bundan sonra da duyulacaq. Biz də bir əsgər kimi, dövlət başçılarının tapşırıqlarını yerinə yetirmək üçün həmişə hazırıq”.

 

Həmçinin yoxlayın

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …

Bir cavab yazın