İran Azərbaycanla döyüşmək üçün Ermənistana Mig-29 sürən 15 pilot göndərdi

GADTB-nin Mətbuat Mərkəzinin Araznews-a istinadən yaydığı məlumata görə, antiislam Xamenei rejimi Azərbaycanla döyüşmək üçün Ermənistana  Mig-29 sürən 15 pilot göndərib.

Həmin pilotların bundan iki gün öncə Rusiyanın Ermənistana göndərdiyi 12 ədəd Mig-29 təyyarələrini sürərək Azərbaycana qarşı döyüşəcəyi bildirilir. Üstüörtülü şəkildə məsələyə toxunan Ermənistanın Müdafiə Nazirliyi dünən birdirdi ki, artıq hava qüvvələrində üstünlük Ermənistan tərəfə keçir və cəbhədə Ermənistanın xeyrinə dönüş olacaq.

Beləliklə, antiislam Xamenei rejiminin pilotları xristian ermənilərin sırasında döyüşməklə Azərbaycan şiələrinin qətliamında iştirak etməkdədir.

Qeyd edək ki, Rusiya bu modeldən Liviya müharibəsində də istifadə etmişdir. Belə ki, Rusiyanın general Həftara göndərdiyi Mig-29 təyyarələrini serb pilotlar sürməklə Liviyada milli barışıq dövlətinə qarşı döyüşmüşlər.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

Bir cavab yazın