Tirəxtur yarışının Azərbaycan türkcəsində şərhinə icazə alınıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Tirəxtur yarışının Azərbaycan türkcəsində şərhinə icazə alınıb. Bu barədə Təbriz Səhənd telekanalının idman şərhçisi Muctaba Sai açıqlama verib.

Sai özünün instaqram səhifəsində yaydığı videoda Tirəxtur yarışını göstərərək Azərbaycan türkcəsində şərh edib.

Güney Azərbaycan komandalarının yarışlarının Azərbaycan türkcəsində şərhinə icazə alındığını bildirən Sai Azərbaycan əhalisini bu işə yardımçı olmağa çağırıb. O deyib: “Çoxdandır futbolsevər dostlarım futbol yarışının Azərbaycan türkcəsində şərh edilməsini istəyir. Ötən gün 6 ay məşqdən sonra ilk dəfə bunu test etdik. Artıq bununla bağlı səlahiyyətli orqanlardan icazə də alınıb. Yaxın gələcəkdə  istədiyimiz həyata keçəcək”.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın