Cümə , Oktyabr 23 2026
azfa

Azərbaycanlı tələbələrdən Türkiyəyə dəstək

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün bir qrup azərbaycanlı tələbə Türkiyənin Tiflisidəki səfirliyi qarşısında aksiya keçirib.

Report xəbər verir ki, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr Türkiyəyə dəstək şüarları səsləndiriblər.

Əllərində Azərbaycan və Türkiyənin bayraqlırını tutmuş tələbələr Türkiyənin Suriya ilə sərhəddəki Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” adlı antiterror əməliyyatlarını dəstəklədiklərini, hər zaman qardaş türk xalqı ilə həmrəy olduqlarını bildiriblər. Aksiyada “Türk türkə dayaqdır, türk daim oyaqdır”, “Şəhidlər ölmürlər”, “Biz bir millət, iki dövlətik” və başqa şüarlar səsləndirilib. Tələbələr bütün demokratik qüvvələri və dövlətlari terrorla mübatizədə Türkiyəyə dəstək olmağa çağırıblar.

Aksiya dinc keçib və heç bir qarşıdurma qeydə alınmayıb.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın