Bazar , Noyabr 22 2026
azfa

Soçi konqresində Suriya müxalifətini Türkiyə təmsil edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya müxalifəti Soçi konqresinə qatılmamağı qərara alıb və konqresdə təmsilçilik səlahiyyətini Türkiyəyə verib.

Diplomatik mənbələrdən alınan məlumata görə, Suriya Milli Dialoq Konqresinə qatılmaq üçün Ankaradan Rusiyanın Soçi şəhərinə gedən Suriyanın müxalifət heyəti hava limanında və konqres mərkəzində rejimə aid plakat və loqolar yerləşdirilməsi səbəbindən tədbirdə iştirakdan imtina edib.

Konqresdə elan olunması gözlənilən Konstitusiya Komissiyasının yaradılması istiqamətində fəaliyyətin Türkiyə tərəfindən izlənəcəyi bildirilir. Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

Xatırladaq ki, Rusiya, Türkiyə və İran adlanan ölkənin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Soçiyə 1500-dən çox nümayəndə gəlib.

Həmçinin yoxlayın

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …

Tanker Trackers: İranın blokadanı sındırmaq üçün iddia etdiyi neft tankeri tamamilə saxtadır, bu xüsusiyyətlərə malik heç bir gəmi mövcud deyil

GADTB: Beynəlxalq neft tankerlərinin izlənməsi şirkəti olan Tanker Trackers, İran İslam Respublikasına aid olduğu iddia …

Bir cavab yazın