Çərşənbə , Sentyabr 23 2026
azfa

Ruslar öz qüvvələrini Qarabağda hansı məntəqələrdə yerləşəcəyinin xəritəsini yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Müdafiə Nazirliyi Qarabağda və Laçın dəhlizində sülhməramlı qüvvələrin yerləşdiriləcəyi xəritəni dərc edib.

Hərbi missiya şimal və cənub şərti adı altında Dağlıq Qarabağın 2 bölgəsində yerləşdiriləcək.

Bundan başqa, Laçın dəhlizi üçün ayrıca xəritə hazırlanıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları birgə Bəyanatın 3-cü bəndinə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın