Çərşənbə axşamı , May 5 2026
azfa

Rejimin Qaradağ meşələrini dağıtdığı üçün bu meşələr YUNESKO-nun mədəni irs siyahısına salınmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana ayrıseçkilik münasibəti və Qaradağ meşələrini dağıtması nəticəsində bu meşələr YUNESKO-nun mədəni irs siyahısına salınmadı.

İranın Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatı rəis müavini Məhəmməd Həsən Talibian Təbrizdə bbununla bağlı deyib ki, Qaradağ meşələrinin çox yerlərində əkinçilik ərazilərinin geniş olması səbəbindən” YUNESKO-nun mədəni isr siyahısına salınmayıb.

Talibian deyib: “Təşkilatın mütəxəssislərinin səyləri nəticəsində rədd edilmiş təklifi növbəti dəfə gündəmə gətirmək haqqına sahib olduq. Bu bizə meşələrin mədəni irs siyahısına salınması üçün sənəddə dəyişiklik edərək başqa bir şəkildə hərəkət etməyimizə imkan verir.”

Onun sözlərinə görə, təklifin həyata keçməsi üçün Qaradağ meşələrində əkinçilik sahələrinin və aktiv istismar olunan ərazilərin oradan yığışdırılaraq Araz çayı sahillərinə köçürülməsi lazimdir.

Qeyd edək ki, Qaradağ meşələri ötən il YUNESKO tərəfindən siyahıya alınmalı idi. Lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşəyə ziyan vurulması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …

Bir cavab yazın