Şənbə , Sentyabr 26 2026
azfa

“Amnesty İnternational Türkiyə” Abbas Lisaninin azadlığı üçün imza kampaniyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Amnesty İnternational Türkiyə” Abbas Lisaninin həbs qərarının dəyişdirilməsi və onun azadlığa buraxılması üçün imza kampaniyasına başlayər.

Təşkilat İran məhkəmə sisteminin rəhbərinə göndərdiyi məktubda, Abbas Lisaninin tutulma qaydasını və onun işindəki beynəlxalq standartlara zidd məhkəmə prosesini tənqid edərək, azərbaycanlı fəalın ailəsinə qarşı təhdid və təzyiqlərə son qoyulmasını tələb edib.

Təşkilat ETTELAAT məmurları tərəfindən Abbas Lisaninin özbaşına həbsi və həbs prosesi zamanı Abbas Lisaninin vəkil hüququndan məhrum edilməsi və çox sayda hüquq pozuntusunun olduğunu bildirərək onun azadlığa buraxılmasını istəyib.

Amnesty İnternational dəfələrlə verdiyi açıqlamada Abbas Lisaninin İrandakı mədəni fəaliyyətlərini araşdırıb və onu İrandakı azərbaycanlıların və türklərin hüquqlarının müdafiəçisi adlandırdığını bildirib.

Amnesty İnternational İran məhkəmə rəhbərinə qarşı imza kampaniyasına başlayaraq, hökmün dəyişdirilməsinə və İrandakı türk hüquq müdafiəçisi Abbas Lisaninin dərhal sərbəst buraxılmasına çağırdı.

https://amnesty.org.tr/icerik/azeri-aktivistin-cezasi-15-yila-cikarildi

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın