GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən zindanının 7-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusu Abbas Lisani koronovirusa yoluxduğuna görə həyatı təhlükədədir.
Azərbaycanlı siyasi məhbusun 39 dərəcə qızdırması, güclü qarın ağrısı və quru öskürəkdən əziyyət çəkdiyi bildirilir.
Abbas Lisaninin məhbus yoldaşı Yusif Kari ailəsi ilə dekabrın 5-də telefon danışığı zamanı bu barədə məlumat verib. O, gecə Abbas Lisaninin ümumi vəziyyətinin ağır olduğunu bildirib. Zindan rəsmiləri isə zindanda imkanların zəif olduğunu bildirirlər. Bu səbəbdən fəalın həyatı təhlükə qarşısındadır.
Zindanın Tibb Mərkəzinin məsulları Abbas Lisani və 7-ci bölmədə saxlanılan məhbusların test üçün laboratoriyalara nümunə göndərmək tələblərini rədd edərək, onlara qiripə qarşı dərman veriblər.
Zindan rəsmiləri bildiriblər ki, həbsxananın tibb mərkəzində mövcud olan imkanlar ancaq bundan ibarətdir. Müalicə üçün nəzərdə tutulan tibbi məzuniyyət isə onların səlahiyyətindən qıraqdadır.