Siyasi məhbus Hamid Qaraoğlaninin edam cəzası həbslə dəyişdirilə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya sakini olan azərbaycani siyasi məhbus Hamid Qaraoğlaninin edam cəzası həbslə dəyişdirilə bilər.

Son məlumata görə, Hamed Qaraoğlaninin edam hökmü 14 il həbs cəzası ilə əvəz edilib.

Bu barədə siyasi məhbusun bacısı Haniye Qaraoğlani tvitter hesabında məlumat paylaşıb.

O, yazıb ki, hakimin ikisi 13 il 3 ay həbs cəzası verib. Üçüncü hakim isə edam hökmü çıxarıb. Beləliklə, iki qazinin hökmü üstün gəlib. Nəticədə 14 il bir ay həbs cəzası qəbul edilib. Əgər bu hökm Apelyasiya mərhələsində dəyişməzsə, İranın İslam Cəza Qanununun 134-cü maddəsinə görə məhbusa 13 il həbs cəzası veriləcək.

Qeyd edək ki, Urmiya zindanında həbsdə olan Hamid Qaraoğlani rejimin Urmiyadakı İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən edama məhkum edilmişdi.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın