Bazar , Sentyabr 27 2026
azfa

Güney Azərbaycandan Zərifə ertiraz, Prezident Ərdoğana kütləvi dəstək- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Xalq şairi Bəxtiyar Vahabzadənin şeirini və Araz çayı ilə bağlı məşhur el bayatısını səsləndirməsindən sonra ermənipərəst irqçi fars molla rejimi qəözəblənərək cənab Ərdoğanı və Azərbaycanı hədəf aldılar. Bu isə Güney Azərbaycanda azərbaycanlıların ciddi etirazı ilə qarşılaşdı.

Güney Azərbaycanda minlərlə azərbaycanlı ermənipərəst İran rejiminin nalayiq hərəkətinə etiraz və Türkiyə prezidenti cənab Ərdoğana dəstək məqsədilə “Araz” şeirini səsləndirib yayıblar. Artıq Güney Azərbaycanda azərbaycanlılar həmin folklor nümunəsini səsləndirərək sosial şəbəkələrdə trend yaradıblar. Hər gün yüzlərlə azərbaycanlı bu trendə qoşularaq Türkiyə və Azərbaycanla birlik nümayiş etdirirlər.

Yüzlərlə videodan birini təqdim edirik:

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın