Cümə , Sentyabr 25 2026
azfa

Ərdəbildə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə yeni şüarlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəalları Abbas Lisani, Yusif Kari və digər azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə divarlara yenidən şüarlar yazıblar.

Azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə növbəti dəfə dünən dekabrın 14-də Güney Azərbaycanın Ərdəbil şəhərinin müxtəlif yerlərinə şüarlar yazılıb.

Ərdəbilin müxtəlif məhəllələrində divarlara yazılan şüarlar ibarətdir:

“Azərbaycanın siyasi məhbusları azadlığa buraxılsın”

“Yusif Karini azad edin”

“Siyasi məhbuslara azadlıq”

“Sui-qəsdlərin qarşısını alın”

“Abbas Lisaninin səsi olaq”

“Abbas Lisani Azərbaycan millətinin səsidir”

“Zülmə səssiz qalma”…

Qeyd edək ki, son günlər rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara koronavirus səbəbindən ciddi təhlükə yarandığı üçün Güney Azərbaycan şəhərlərinin əksərində milli-mədəni fəallar müxtəlif aksiyalarla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edirlər.

Azərbaycanlı fəallar xüsusilə koronavirus xəstəliyi üzündən təhlükədə olan Abbas Lisani, Yusif Kari, Vasiqi qardaşlarının sərbəst buraxılmasını tələb edir.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın