Çərşənbə , May 8 2024
azfa

Akar Türk əsgərlərinin bir qrupunun Azərbaycanda olmasını bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Dağlıq Qarabağ ərazisində yerləşən monitorinq mərkəzinə hərbi heyətin 60 nümayəndəsini göndərib.

Bunu NTV telekanalının efirində Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

“Hazırda bizim heyətimizdən 60 nəfər Azərbaycandadır. Üç tərəf arasında mərkəzin tikintisi ilə bağlı bütün razılaşmalar əldə edilib, yalnız tikinti və heyətin yerləşdirilməsi ilə bağlı bir sıra məsələləri həll etmək qalıb. Bizim heyyət ruslarla bir yerdə işləyəcək. Onların orada qalma müddəti barədə biz Rusiya tərəfi ilə danışacağıq, bu mövzunu yenidən müzakirə edəcəyik”, – deyə o bildirib.

Akarın sözlərinə görə, işlərə türk və rus generalları birgə rəhbərlik edəcəklər.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …

Bir cavab yazın