Çərşənbə , Oktyabr 14 2026
azfa

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların yeni mərhələsi gələn həftə İslamabad şəhərində keçirilə bilər.

Məlumata görə, ABŞ və İran vasitəçilərin iştirakı ilə münaqişəyə son qoyulmasına yönəlmiş, bir ay davam edəcək danışıqların şərtlərini müəyyənləşdirən anlaşma memorandumunun hazırlanması üzərində işləyirlər. Qəzet qeyd edir ki, danışıqlar gələn həftə İslamabadda bərpa oluna bilər.

Bildirilir ki, tərəflər irəliləyiş əldə edərsə, ilkin bir aylıq müddət qarşılıqlı razılaşma əsasında uzadıla bilər.

Həmçinin yoxlayın

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …