Erməni soyqırımının saxta olduğunu etiraf edən erməni liderin kitabı Təbrizdə nəşr olundu – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda erməni “soyqırımı”nın saxta olduğunu sübut edən kitab nəşr edilib.

Səccad Zeynallının tərcüməsində Ermənistanın ilk baş naziri Hovannes Kacaznuninin 1923-cü ildə hesabat xarakterli yazdığı “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur” əsəri Təbrizdə işıq üzü görüb.

1918-1919-cu illərdə 13 ay müddətində Ermənistanın baş naziri olan H.Kacaznuni erməni silahlı qruplarının bir çox fəaliyyətinə yaxından şahid olub. Kitabın müəllifi I Dünya müharibəsi dövründə və sonrakı illərdə erməni siyasi və hərbi rəhbərliyi haqqında geniş bilgilərə malik olduğu üçün əsər günümüz baxımından da aktualdır.

Kitabda erməni silahlı birləşmələrinin yaranması ilə bağlı əsaslı tənqidlər yazılıb, 1915-ci ildə “erməni soyqırımı”nın törədilməsi inkar edilib. Ermənilərin türklərə müharibə elan etməsi və Osmanlı dövlətinin özünümüdafiə üçün müəyyən addımlar atması qeyd olunub.

Kacaznuniyə görə, I Dünya müharibəsi dövründə ermənilər Rusiyanın onlara müstəqil və ya muxtar dövlət verəcəyi vədinə aldanaraq Osmanlıya üsyan qaldırıb, özlərini Rusiyaya təslim ediblər.

Kitab “erməni soyqırımı” məsələsini aydınlaşdırmaqla bərabər dövrü tədqiq edən tarixçilər üçün qiymətli mənbədir.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın