Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran dünyanı uranı 90%-dək zənginləşdirməklə hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünya terrorizmini maliyələşdirən İran dünyanı uranın zənginləşdirilməsini 90 faizədək çatdıra bilməklə hədələyir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bu barədə bildirib ki, MAQATE də daxil olmaqla, beynəlxalq strukturlar uranın 20 faiz və ya daha çox səviyyəyə qədər zənginləşdirildiyi təqdirdə onu silah hesab edir. Lakin bir qayda olaraq nüvə silahı istehsal etmək üçün 90 faizlik uran lazımdır:

“İstənilən faizə etibarlı şəkildə çata bilərik və zənginləşdirmə səviyyəsində 40, 60 və 90 faizlik uran istehsal etmək mümkündür”.

Qeyd edək ki, nüvə razılaşmasına görə, İran uranı 3.67 faiz səviyyəsində zənginləşdirə bilər. Lakin İran 4 yanvardan uranın zənginləşdirilməsini 20% səviyyəsinə qaldırıb. Bu isə dünyada sülhə hədə hesab edilir.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …