Bazar ertəsi , May 6 2024
azfa

Ərdəbil divarlarında ad qalmaqalı; Ayıl adı siyasi mahiyyət daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbildə azərbaycanlı uşağa valideynləri tərəfindən Ayıl adı verildiyi üçün 7 aydır doğum haqqında şəhadətnamə vermir.

İndi isə İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsi Ayıl adının siyası mahiyyət daşıdığını iddia edib və həmin ada şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəallar isə rejimin bu hərəkətinə etiraz olaraq Ərdəbil şəhərlərinin divarlarına şüarlar yazıb və rejimin bu hərəkətinə etiraz ediblər. Eyni zamanda həmin ədalətsizlik mətbuatda da etirazlara səbəb olub.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 7 aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina ediblər.

Köpənin atası azərbaycanlı milli-mədəni fəal Səccad Colani bununla bağlı ilk günlərdə Ərdəbilin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin qarşısında çəkdiyi videoda bildirmişdir ki, idarənin məsulları ona Ayıl adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə verilməli olduğunu bildiriblər.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …