Bazar ertəsi , May 6 2024
azfa

Ərşad Salihidən Güney Azərbaycanda türk dilində təhsil tələbinə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Tvitter səhifəsində bir paylaşım edərək Güney Azərbaycanda türk dilində təhsil tələbinə dəstək verib.

Ərşad Salihi yazıb: “İraq Türkmənləri olaraq mücadiləmiz və verdiyimiz şəhidlər sayəsində türkcə təhsil haqqımızı zorla da olsa aldıq.

Güney Azərbaycandakı soydaşlarımızın ən təbii haqqı türkcə məktəblərin açılmasıdır.

İran “Ana dildə mədrəsə- olmalıdır hər kəsə” şüarına əmək etməyə məcburdur.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanda 40 milyondan artıq bir millətin dilini qadağan edib və ən qəddar üsullarla Azərbaycan türk millətini məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …