Cümə axşamı , Sentyabr 24 2026
azfa

Güney Azərbaycanın Qaynarca şəlaləsi təbiət abidələri siyahısına salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Qaynarca şəlaləsi Təbiət abidələri siyahısına daxil edilib.

Qərbi Azərbaycan Vilayətinin Mədəni İrs İdarəsinin müdiri Cəlil Cabbari bu barədə məlumat verib.

Cəbbarinin sözlərinə görə, Qaynarca şəlaləsinin qeydiyyata alınması üçün sənədlər hazırlandıqdan sonra bu il yanvarın 26-da ölkənin Təbiət abidələri siyahısına daxil edilib. Cabbari həmçinin bildirib ki, şəlalə Tikantəpə bölgəsindən quzeyə doğru 50 kilometr aralıda, Bilqeys dağının qərb ətəklərində Qaynarca kəndində yerləşir. Qaynarca kəndi Taxt Süleyman qəsəbəsində yerləşməklə Tikantəpənin yaylaq və turistik bölgələrindən sayılır. Bölgədə ötən illərdə turizm infrastrukturubub yaradıldığı və bu fəaliyyətlərin hələ də davam etdiriyi bildirilir.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …