Cümə axşamı , May 14 2026
azfa

Rejimin məhkəməsi Abbas Lisaninin həbs müddətinin azaldılması ilə bağlı müraciəti rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki Apelyasiya məhkəməsinin 1 saylı şöbəsi Abbas Lisaninin həbs müddətinin azaldılması ilə bağlı Ərdəbil İnqilab Məhkəməsinin hökmlərin icrası bölməsinin vəkilinin müraciətini rədd edib.

Rejimin apelyasiya məhkəməsi Abbas Lisanini 15 il həbs və Yəzd şəhərinə iki il sürgün cəzasına məhkum edib.

Apelyasiya Məhkəməsi Şurası həmin qərarını “Həbs müddətinin azaldılması haqqında qanunun 2-ci maddəsinə və İslam Prosessual Məcəllənin 18-ci maddəsinin B və T bəndlərinə əsasən, eləcə də törədilən cinayətin zərərli nəticələrinə, məhkumun keçmişi və şəxsi durumuna dair əlavəyə” istinadən verdiyini bildirib.

Həbs cəzasının azaldılmasına dair qanun rejimin məclisinin açıq iclasında 2020-ci il may ayının 12-də təsdiqlənib və həmin il ayın 11-də 28757 saylı məktubla Həsən Ruhani tərəfindən elan olunub.

Qeyd edək ki, Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsindən oğurlanmış və sonralar onun rejimin ETTELAAT və məhkəmə orqanlarının əlbirliyi ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.

Qondarma ittihamlarda rejimin məhkəməsi Ərdəbildə azərbaycanlı fəalı uzun müddətli həbsə məhkum etmişdir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …