Bayden hakimiyyəti nüvə silahı hazırlama ərəfəsində olan İran yeni şərt irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bayden hakimiyyəti nüvə silahı hazırlama ərəfəsində olan İran üçün yeni şərt irəli sürdüyü açıqlanıb.

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib Co Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ İranla əlaqə saxlamayıb.

 “Əgər İran nüvə razılaşmasına qayıtsa, ABŞ da bunu edəcək və biz bunu daha uzun və qalıcı bir razılaşma üçün platforma kimi istifadə edəcəyik”, – Prays bildirib.

Qeyd edək ki, bu, Bayden administrasiyası tərəfindən dəfələrlə təklif edilib. Lakin dünyada terroru maliyələşdirən və dağıdıcı siyasət yeridən İranın artıq nüvə silahı hazırlama və dünya ictimaiyyətini ciddi təhlükə qarşısında qoyma ərəfəsində olduğu bildirilir.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …