GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Milad qülləsində Azərbaycanın məşhur şairi Seyid Məhəmməd Hüseyin Şəhriyar üçün qoyulan heykəl ona oxşamadığı və gülünc görkəmdə olduğu üçün etirazlara səbəb olub.
Azərbaycanlı fəallatdan əlavə bir sıra sənət adamları da bu heykəli Şəhriyar üçün təhqir hesab ediblər.
Məşhur rəssam Müctəba Naxçıvani məsələyə etirazını bildirərək deyib ki, artıq şühbə doğurmur ki, müəyyən qüvvələrin təsiri ilə son zamanlar məşhur şəxsiyyətlərin heykəlləri belə gülünc şəkildə hazırlanır.
O deyib heykəli hazırlayan yaxşı olardı Şəhriyarın bir neçə şəklinə baxıb, heç olmasa onun geyimi stilini nəzərə alardı.
Qeyd edək ki, İranda Şəhriyar kinosunu da gülünc və təhrif edilmiş formada hazırlamışdılar. Ona görə həmin film də azərbaycanlıların etirazına səbəb olmuşdu.