Beynəlxalq Ana Dili Günü münasibətilə Tikantəpədə divarlara posterlər yapışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə divarlara posterlər yapışdırıb.

Posterlərdə üç – türk, ingilis və fars dillərində Beynəlxalq Ana Dili Günü ilə bağlı təbrik mətni dərc olunub.

Oxşar posterlər Urmiya şəhərində də divarlara yapışdırılmışdı.

Azərbaycanlı fəallar bu yolla irqçi fars rejimin Azərbaycan türk millətinin dilində təhsili qadağan etməsini pisləmiş və Beynəlmiləl Ana Dili Gününü qutlamışlar.

Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin dəstəyi ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Hazırda azərbaycanlı milli-siyasi fəallardan Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid Mənafi Beynəlxalq Ana Dili Gününündə təbrik posterləri payladıqları üçün İran rejimi tərəfindən həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …